Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

Newscenter.az.31.05.2019. 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Hər birimiz bir çiçək” adlı tədbir keçirilib.

Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin iştirakı ilə hazırlanmış musiqi nömrələri, şeir kompozisiyaları və səhnəciklər nümayiş edilib. Tədbir uşaqlarda humanizm, dostluq, həmrəylik və vətənə sevgi hisslərinin tərbiyə olunması, onların istedad və bacarıqlarının üzə çıxarılması məqsədilə təşkil olunub.

Sonda iştirakçılara sertifikatlarlar təqdim olunub.
R.Mehdiyeva
Xəbəri paylaş