Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin İran mallarından imtina etdi

Çin İran mallarından imtina etdi


Newscenter.az.31.05.2019. Çin də İran neftindən imtina etdi. Xəbəri Vol Strit Jurnalı yayıb.

Newscenter.az-ın xəbərinə görə, məsələyə münasibət bildirən müstəqil ekspert Kamran Sultanlı deyib ki, Çin indiyə qədər ABŞ sanksiyalarına qarşı ən çox dirənən ölkə idi. Həmçinin İranın ən böyük tərafdaşı və idxalatçısı idi: “Lakin Rəsmi Pekinin İran, neftindən imtina etdiyi rəsmiləşsə bu İran üçün mənfi xəbər olacaq. Çin dünyada ən böyük neft istehlakçısıdır. Çinin İran neftindən imtina etməsi, qlobal tələbin azalması deməkdir.Qlobal tələblə təklif arasında disbalans neftin qiymətinə təsir edəcək. Neftin qiyməti artacaq. İran bazara 4 milyon barrelə qədər neft çıxarmaq iqtidarındadır. İndi İranın neft ixracı 1,5 mld barrelə qədər azalıb. İxracının əsasının neft olduğu bir ölkə üçün çox ciddi zərbədir”.

Ekspert deyib ki, Çinin İran neftindən imtinasının arxasında duran əsas səbəb kimi, ABŞ-la müəyyən bazarlıq istəyinin olduğunu düşünür:

“Pekin ABŞ sanksiyalarına görə İrandan neftin idxalını dayandırmaqla, Vaşinqtondan müəyyən güzəştlər gözləyir. Türkiyə, İrana qarşı sanksiya siyasətində Çin və Yaponiyanı izləyirdi. Pekinin məlum qərarı Türkiyənin də bu addıma getməsinə səbəb olacaq. Artıq Ankara, İran neftindən imtina etdiyini açıqlayıb. İrandan ən çox neft idxal edən Daroğlu şirkəti idxalı dayandırıb. Bu həm də Ərdoğanın ABŞ-la əlaqələri korrektə etmək naminə atdığı addımdır. Neftin qiymətinin artması, neft ixracatçısı olan Azərbaycan üçün müsbət dividentdi. Bu gündəlik əlavə gəlirlərin büdcəyə daxil olması anlamına gəlir”.
Xəbəri paylaş