Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neftçilər Xəstəxanası Türkiyənin bir neçə universiteti ilə anlaşma memorandumu imzaladı

Neftçilər Xəstəxanası Türkiyənin bir neçə universiteti ilə anlaşma memorandumu imzaladı


Newscenter.az.31.05.2019. Mərkəzi Neftçilər Xəstəxanasının baş direktor müavini Raud Əsədov, Urologiya şöbəsinin müdiri Asif Cahangirov, Cərrahiyyə və orqan transplantasiya şöbəsinin müdiri Elmir Əsgərov və Sənaye təbabəti xidməti şöbəsinin müdiri İskəndər Yusifov Türkiyənin İzmir şəhərində ezamiyyətdə olublar.

Newscenter.az xəbər verir ki, ezamiyyət zamanı 28 May Respublika Günü münasibətilə Ege Üniversitesi və 9 Eylül Üniversitesi məzunları ilə (assistant və uzmanlarla) görüş keçirilib və ziyafət verilib.

Həmçinin Ege Üniversitesi tibb fakültəsi dekanı Cəmil Gürgün və 9 Eylül Üniversitesinin tibb fakültəsi dekanı Murad Celiloğlu ilə iş görüşü keçirilib və əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb.
Xəbəri paylaş