Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə NATO-dan çıxa bilərmi?

Türkiyə NATO-dan çıxa bilərmi?


Newscenter.az.31.05.2019
. Türkiyə 1952-ci ildən etibarən NATO üzvüdür. Stalinin təhdidedici siyasətinə qarşı, Ankara üzünü Avroatlantik məkana tutmuşdu. Rus dövlətçiliyində Kiev rus dövlətindən bu yana Aralıq dənizinə çıxmaq əsas məqsəd olaraq xarici siyasətin əsas priotitetlərindən idi. Stalinin dövründə Aralıq dənizinə çıxış uğrunda mübarizə daha maksimalist xarakter alır. Stalin Ankaradan, Çanaqqala boğazını tələb edir və burada Rusiyanın gəmilərinin sərbəst hərəkətinə imkan verməyi tələb edir. O dövr Britaniya öz maraqları çərçivəsində Türkiyəyə dəstək olur. Türkiyənin o dövr prezidenti olan İnönü Sovet təhdidləri qarşılığında NATO-ya üzv olmaq strategiyasını seçir. Lakin bunun üçün İnönü həmdə birpartiyalı sistemdən imtina edir, demokratik seçkilərə gedir. Hakimiyyət Bayar və Menderes başda olmaqla Demokratik Sol partiyasına keçir. Soyuq müharibə dövründə Türkiyə NATO üçün həyati əhəmiyyətə malik dövlət idi. Türkiyənin regionda açar dövlət funksiyası, alyans üçün böyük əhəmiyyət kəsb edirdi. Türkiyə NATO və Yaxın Şərq arasında bir körpü funksiyasını yerinə yetirirdi. Hətta 1974-cü ildə Bülent Ecevitin Kibris müdaxiləsinə görə Türkiyəyə tətbiq edilən sanksiyalar qisa zamandan sonra aradan qaldırılmışdır. Bu dövr bundan istifadə edən Türkiyə hakimiyyəti Roketsan,Aselsan Havelsan kimi hərbi sənayə nəhənglərini yaratmışdı. Türkiyə o dövr bazaları bağlamaqla, NATO-nun Yaxın Şərq regionunda siyasətinə ciddi zərbə endirmişdi.

Soyuq müharibə dövründən sonra dünyada siyasi mühit kökündən dəyişdi. Belə bir deyim var, NATO üzvü olan heç bir dövlətə hücum edə bilmirlər. Türkiyə Yaxın Şərqdə yerləşsə, bir Qərb dövlətidir. Türkiyənin ixracının böyük qismi Qərbə gedir. Ölkənin hərbi strategiyası və siyasi sistemi Qərb standartlarına uyğunlaşdırılmışdı. NATO ilə Türkiyə arasında problemlər Suriya böhranın yaranmasından sonra başladı. Türkiyə burada ilk öncə Qərblə birgə hərəkət edərək, Əsədə qarşı çıxırdı. Lakin Rusiyanın regiona müdaxiləsi, Əsəd istiqamətində dəstəyi, Əsədin sonda nəzarəti bərpa etməsi, Kürdlərin Suriyanın 25% ərazisinə nəzarəti ələ keçirməsi, bu istiqamətdə ABŞ-ın dəstəyi NATO ilə münasibətlərdə də korrektelərə səbəb oldu. Türkiyədə uzun illər kemalist xətt ilə siyasi islam arasında ciddi rəqabət gedirdi. Hətta onlar uzun illər atlantikçi adlandırılan qanada qarşı mübarizə aparmışdılar. Erdoğan Gülən arasında baş verən hadisələrin kuliminasiya nöqtəsi isə, darbə hadisəsi oldu. Bu hadisədən sonra orduda kütləvi həbslər başladı. Orduda ən azı 160 mindən çox mühakimə edilib. Həmçinin Türkiyə 9332-dən artıq polis zabitini həbs edib. F16 arası pilotları arasında ciddi pilot qıtlığa yaranıb. Bundan sonra bu şəxslər atlantikçi qanadın nümayəndəsi olaraq günahlandırılıb. Ölkədə anti Qərb propaqandası artıb. NATO-da Atatürkün təhqir edilməsi bileterial əlaqələri daha da gərginləşdirib.

Türkiyə ilə NATO arasında əlaqələri soyuqlaşdıran digər amil isə S400 məsələsi idi. S400 məsələsini mən Türkiyənin Rusiya ilə məlum təyyarə olayından sonra münasibətləri müsbət istiqamətə korrektə etməsi üçün bir alət kimi dəyərləndirirəm. Həmçinin Türkiyənin haqqı idi ki, özünün təhlükəsizliyini təmin etsin. Təbii ki, uzun illər ABŞ Türkiyənin almaq istədiyi Patriot raketlərini Ankaraya vermədi. Burada konqresdə olan müxtəlif lobbilərində mühüm təsiri var. Türkiyə isə buna görə Rusiyaya müraciət etdi. Lakin digər bir tərəfdən, Türkiyənin son dövrlər Rusiyadan enerji aslılığı həmçinin əlaqələrin dərininə inkişaf etdirilməsi, Türkiyə üçün yaxşı hesab etmirəm. Ankara çalışır ki, Atlantik məkanla geoavrasiya məkanı arasında balansı qorusun. Əgər əvvəl Türkiyə özünün maraqlarını Qərbin maraqları ilə koordinasiya edib, Qərbin regionda əsas müttəfiqi kimi çıxış edirdisə, son dövrlər Türkiyə bu xəttdən sürətlə uzaqlaşır. Türkiyə uzun illər Əsədə qarşı koalisiyaları dəstəkləməklə həmçinin Rusiya və İranla ittifaqla balans şəkildə manevrlər edərək, Suriyada öz siyasətini həyata keçirməyə çalışırdı.

Türkiyənin NATO-ya, NATO-nun isə Türkiyəyə ehtiyacı var. Təbii ki, əgər Türkiyə NATO-dan çıxmaq istəyərsə bu onun təbii haqqı olacaq, lakin zənnimcə avroatlantik təhlükəsizlik strukturlarına qalmaq Türkiyənin daha çox yararınadır. Krımın Rusiya tərəfindən anneksiyası, Abxaziya və Osetiyanın işğalından sonra Rusiya Qara dənizdə real gücə çevrilib. Rusiya indidə çalışır ki, Aralıq dənizində yerləşən Hmeynim və Tartus bazalarını genişləndirsin. Türkiyə Aralıq dənizində Rusiyanın qarşısına tək çıxa bilməz. Bunun üçün Ankaranın NATO-ya ehtiyacı var. NATO-da son dövrlər Qara dəniz regionunda güclənmə xətti seçib. Bu Türkiyənin maraqlarına uyğundur. Bu amil Türkiyənin təhlükəsizliyini, Rusiya qarşısında balanslaşdırır. Digər bir tərəfdən, gələcəkdə artan Çin təhlükəsi həm Türkiyənin NATO çətiri altında qalmasına, həmçinin NATO-nun Türkiyəyə ehtiyac duymasına səbəb ola bilər. Baxmayaraq ki, son dövrlər Qərblə əlaqələrdə müəyyən soyuqluqlar yaranıb. Lakin Türkiyə korrektələrə getməklə balansı qorumağa çalışır. Rahib Bransonun, bu gün daha bir Gülənçi şəxsin azad edilməsi, S400 lə bağlı işçı qrupunun yaradılması təklifi, həmçinin Vaşinqtonla mütəmadi danışıqlar, S400-ün alışının maksimum uzadılması taktikası, AB nəhəngləri yeni sistemlərin istehsalı haqqında danışıqlar, Türkiyənin Qərblə əlaqələri korreksiya etmək istəyinin nəticəsidir. Müxtəlif antiQərbçi hərakatların çıxışlarına baxmayaraq Türkiyənin NATO-dan çıxmaq kimi hədəfi görsənmir. Hər nə qədər Erdoğan anti Amerikanist çıxışlar etsə də, əslində Erdoğan Amerikaya ən yaxın siyasət yürüdən Türkiyə prezidentlərdəndir. Vaşinqtonda öz növbəsində, müəyyən addımlar atmağa çalışır. Trumpın gömrük rüsumlarını aradan qaldırması, həmçinin işçi komisiyaya müsbət mesajlar, müəyyən koordinasiyalardan ən azı bununla bağlı istəklərdən xəbər verir. Türkiyənin Qara dənizdə güclənməsi burada NATO varlığının artması, Azərbaycanın maraqları çərçivəsindədir. Çünki Bakı üçün, Ankara Qərbə açılan qapıdır.

Kamran Sultanlı, müstəqil ekspert
Xəbəri paylaş