Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarı təyin edildi

Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarı təyin edildi

Newscenter.az.1.06.2019. 03 iyun 2019-cu il tarixdən etibarən Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarı təyin edilir.

Newscenter.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş plastik kartla və bilet kassalarında, köşklərdə əldə edilən kağız biletlərlə həyata keçiriləcəkdir.

Plastik kartlar Bakı-sərn. stansiyasında, Keşlə, Köroğlu, Bakıxanov dayanacaqlarında və Sabunçu stansiyasında bilet kassalarında əldə oluna bilər.

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında istifadə edilən plastik kartlar bu istiqamətdə də keçərlidir.
Xəbəri paylaş