Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

III Robot Olimpiadası keçiriləcək

III Robot Olimpiadası keçiriləcək


Newscenter.az.3.06.2019. İyunun 4-də Heydər Əliyev Mərkəzində “İNNOFEST” çərçivəsində Gənclər və İdman, Təhsil və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə 8-19 yaşlı yeniyetmə və gənclər arasında Azərbaycanda III Robot Olimpiadası keçiriləcək.

Bu barədə məlumat Newscenter.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və digər dövlət rəsmilərinin iştirakı nəzərdə tutulub.
Xəbəri paylaş