Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəblərdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Məktəblərdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub


Newscenter.az.3.06.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Newscenter.az-a daxil olan məlumata görə, təhsil müəssisələrində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan mühazirə, seminar, konfrans, “Dəyirmi masa”lar, fləşmob, idman yarışları təşkil edilib.

Tədbirlərdə uşaqların hüququnun təmin edilməsi ilə bağlı 1 iyun 1950-ci il tarixdə BMT-nin Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınan Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında şagirdlərə geniş məlumat verilib, ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə diqqətin artırılması, gələcəyimiz olan uşaqların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.

Tədbirlərdə çıxış edənlər ulu öndər Heydər Əliyevin hər zaman uşaqlara xüsusi qayğı, diqqət və məhəbbətlə yanaşdığını, ölkə Prezidenti İlham Əliyevin uşaqların savadlı, sağlam və firavan böyüməsi, rifahının yüksəldilməsi məsələlərini dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi qəbul etdiyini vurğulayıblar.
Bundan əlavə, tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.
R.Mehdiyeva
Xəbəri paylaş