Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dəmiryolçu-idmançı beynəlxalq turnirin qalibi olub

Dəmiryolçu-idmançı beynəlxalq turnirin qalibi olub


Newscenter.az.5.06.2019. Ağır Atletika Federasiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş pauerliftinq üzrə beynəlxalq turnir keçirilib.

Newscenter.az xəbər verir ki, beynəlxalq turnirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə böyük inspektoru Mübariz Rafiq oğlu Dadaşov da iştirak edib.

Yarışmada böyük əzmkarlıq göstərən Mübariz Dadaşov 140 kq çəki dərəcəsində 177,5 kq nəticə ilə beynəlxalq turnirin qalibi olub.
Xəbəri paylaş