Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtomobilin gizli saxlanc yerlərindən müxtəlif məhsullar aşkarlandı

Avtomobilin gizli saxlanc yerlərindən müxtəlif məhsullar aşkarlandı


Newscenter.az.10.06.2019. Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postuna daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21041" markalı avtomobilə gömrük baxışı keçirilib.

Newscenter.az-a DGK-dan bildirilib ki, baxış zamanı nəqliyyat vasitəsinin ön panelinin içində, yük yerinin gizli saxlanc hissəsində gömrük orqanından gizlədilən, üzərində "İncandessenc Avon" yazılan 37 ədəd ətir, 35 ədəd ətir üçün kataloq və üzərində "Marlboro" yazılan 600 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş