Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müəllimlərin yerdəyişmə müsabiqəsinin elektron qeydiyyatının son günü

Müəllimlərin yerdəyişmə müsabiqəsinin elektron qeydiyyatının son günü


Newscenter.az.10.06.2019. İyunun 10-da Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatır.

Nazirlikdən Newscenter.az-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə iştirak etmək üçün indiyədək 11 238 namizəd elektron qeydiyyatdan keçib, 4622 namizəd elektron ərizəsini təsdiqləyib, 96 namizədin müraciətinə isə mövcud səbəblərdən imtina verilib.

Qeyd olunan tarixədək ərizəsini təsdiqləmiş namizədlər elektron yerləşdirmədə iştirak edə biləcək.
Xəbəri paylaş