Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“TransCaspian” və “Road & Traffic” nəqliyyat sərgiləri keçiriləcək

“TransCaspian” və “Road & Traffic” nəqliyyat sərgiləri keçiriləcək


Newscenter.az.10.06.2019. Cari ilin 11-13 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian 2019” və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2019” sərgiləri təşkil olunacaq.

Newscenter.az xəbər verir ki, sərgilər Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə keçiriləcək.

Bu il “TransCaspian” “Road & Traffic” sərgisi ilə birlikdə 10 ölkədən 75 şirkəti təmsil edən iştirakçıları bir araya gətirəcək.
Xəbəri paylaş