Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

165 mindən çox uşaq birinci sinfə gedib

165 mindən çox uşaq birinci sinfə gedib


Newscenter.az.14.06.2019. 2018-2019-cu tədris ili ərzində 165 mindən çox uşaq birinci sinfə gedib.

Təhsil Nazirliyindən Newscenter.az-a bildirilib ki, tədris ilində 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib. Tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsi cari tədris ilində genişləndirilib. 2140 sinifdə 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da X-XI siniflərdə təhsil alan şagirdlərin təxminən 30 faizini təşkil edib.
R.Mehdiyeva
Xəbəri paylaş