Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qax və Balakən rayonlarında vətəndaşların qəbulu keçiriləcək

Qax və Balakən rayonlarında vətəndaşların qəbulu keçiriləcək


Newscenter.az.14.06.2019. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov iyun ayının 21-də Qax rayonunda, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Balakən rayonunda vətəndaşları qəbul edəcəklər. Agentlikdən Newscenter.az-a daxil olan məlumatda bildirilib ki, qurumun İdarə Heyətinin sədri Saleh Məmmədovun qəbulu Qax şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasındasaat 10:00-da keçiriləcək. Qəbulda Qax və Zaqatala rayonlarının sakinləri iştirak edə bilərlər.

Agentliyin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Balakən şəhərində Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız Balakən rayonunun sakinləri iştirak edə bilərlər. Qəbullar zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.

Qeyd edək ki, qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.
Anar
Xəbəri paylaş