Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

800 yerlik müasir yataqxana kompleksi tikilib

800 yerlik müasir yataqxana kompleksi tikilib


Newscenter.az.18.06.2019. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı şəhərində yerləşən ali məktəblərdə təhsil alan tələbələr üçün 800 yerlik müasir yataqxana kompleksinin tikintisi başa çatdırılıb.

Təhsil Nazirliyindən Newscenter.az-a bildirilib ki, yataqxana artıq istifadəyə hazırdır. Bu istiqamətdə təşəbbüslər növbəti illərdə də davam etdiriləcək. Bununla yanaşı, dövlət xətti ilə Gəncə Dövlət Universitetinin ümumi tutumu 792 yerlik üç yataqxanasının əsaslı təmirinə başlanılıb, Lənkəran Dövlət Universitetinin 156 yerlik yataqxanasında işlər başa çatmaqdadır, Sumqayıt Dövlət Universitetinin 264 yerlik yataqxanasının əsaslı təmiri ilə bağlı tədbirlər həyata keçirilir.
R.Mehdiyeva
Xəbəri paylaş