Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərişıq” məktəblilər üçün ekskursiya təşkil edib

 “Azərişıq” məktəblilər üçün ekskursiya təşkil edib


Newscenter.az.18.06.2019. “Azərişıq” ASC – nin balansında olan “Yeni Yaşma” KEP - də Avropa liseyinin 7 – ci sinif şagirdləri üçün tanışlıq ekskursiyası təşkil edilib.

Newscenter.az xəbər verir ki, m əlumatı qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev verib. O bildirib ki, ekskursiyaya gələn şagirdlər ilk öncə Yeni Yaşma KEP ərazisində Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə ilkin təlimat keçib. Ardınca şagirdlərə tanışlıq videoçarx nümayiş etdirilib, Yeni Yaşma KEP – in tarixi barədə məlumat verilib.

“Azərişıq ASC”nin qısa zamanda gördüyü işlərlə tanış olan şagirdlər, ərazinin abadlaşdırılması, zeytun və badam bağlarının salınması haqda da məlumat əldə ediblər. Onlar turbinlərin iş prinsipi, effektivliyi və digər texniki məlumatlar əldə ediblər.

Daha sonra şagirdlərə K.E.E.Q. Test Xidmətinin istifadə etdiyi müxtəlif alət və avadanlıqlar, fərdi mühafizə vasitələrinə (FMV) dair geniş məlumat verilib. Onların istifadə zərurəti izah edilib, istifadə qaydaları praktiki olaraq şagirdlərin üzərində göstərilib.

Şagirdlərin geniş məlumat əldə etdiyi ekskursiyanın sonunda birlikdə xatirə şəkli çəkilib.
Xəbəri paylaş