Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bələdiyyə sədri sakinlərin problemləri ilə maraqlanıb-FOTOLAR



Newscenter.az.20.06.2019. Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyevanın sakinlərlə görüşləri sistemnliu şəkildə davam edir.

Newscenter.az xəbər verir ki, Aytac Əliyevanın növbəti görüşü Binəqədi qəsəbəsi 3-cü mədən 125-ci korpusda sakinlərin müraciəti əsasında baş tutub. Görüşdə sakinləri narahat edən kanalizasiya problemi və onun həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Qərara alınıb ki, Binəqədi Oil’in hasara aldığı ərazidə qamışla örtülmüş ərazi texnika cəlb edilməklə təmizlənsin və axının qarşısı açılsın. Bunun üçün aidiyyatı qurumdan razılıq əldə edilib.
Xəbəri paylaş