Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Daşkəsəndən olan seçiciləri ilə görüşdü-FOTOLAR



Newscenter.az.20.06.2019. 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən Milli Məclisə seçilmiş deputat Kamran Bayramov Daşkəsən rayonundan olan seçiciləri ilə görüşlər keçirib.

Newscenter.az xəbər verir ki, millət vəkili Daşkəsən rayonunun Quşçu körpü və Alunitdağ qəsəbəsi sakinıəri ilə görüşüb. Seçicilər əsasən içməli su təminatı, məşğulluq, sosial yardım, fərdi evlərin təmiri və digər məsələlərlə bağlı millət vəıkilinə müraciət ediblər.

Seçicilərin qaldırdıqları məsələlərin həlli ilə bağlı müzakirələr aparılıb, müvafiq qurumlarla əlaqə saxlanılıb müraciət ediləcəyi bildirilib.
Xəbəri paylaş