Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəkidə 67588 hektar sahədə taxıl əkilib



Newscenter.az.20.06.2019. Ölkənin ən böyük taxılçılıq rayonu olan Şəkidə 67588 hektar sahədə taxıl əkilib.

Newscenter.az Kənd Təsərrüfatı Nazirliyinin informasiya təminatı şöbəsinə istinadən xəbər verir ki, sahələrdən 45962 hektarı buğda, 21626 hektarı arpa sahəsidir.

İyunun 20-dək 11880 hektar buğda, 18790 hektar arpa sahəsi biçilib. Rayon ərazisində taxıl sahələrinin təxminən 45 faizində biçin başa çatıb.

Buğda üzrə orta məhsuldarlıq 35,5 sentner, arpa üzrə məhsuldarlıq 34,3 sentner təşkil edor. Biçinə 131 kombayn cəlb olunub, bunlardan 41-i "Aqrolizinq"in balansında olan kombaynlardır. 90 kombayn isə fiziki və hüquqi şəxslərin özəl texnikasıdır. Biçin davam edir.
Orxan
Xəbəri paylaş