Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məcburi köçkünlərlə həmrəylik aksiyası keçirilir



Newscenter.az.21.06.2019. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qaçqın və məcburi köçkünlərlə həmrəyliyini nümayiş etdirmək üçün “köçkünlərlə bərabərik” adlı aksiya keçirir.

Komitədən Newscenter.az-a bildirilib ki, hər il 20 iyun Ümumdünya Qaçqınlar günü kimi qeyd edilir. Dünyanın müxtəlif ölkələrində bu gün münasibəti ilə qaçqın və məcburi köçkünlərə dəstək aksiyası keçirilir. Bu məqsədlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü Azərbaycan və ingilis dillərində köçkünlərlə bərabərik yazılmış çərçivələrlə çəkilmiş şəkillər #withIDPs, #köçkünlərləbərabərik həştəqləri ilə sosial şəbəkələrdə paylaşılacaq. Kampaniyada ictimai xadimlər, səfirlər, mədəniyyət və incəsənət nümayəndələri, yazıçı, şair, qazı və şəhid ailələri, digər şəxslər iştirak edəcək.

Çərçivə ilə şəkil çəkdirib #köçkünlərləbərabərik #withIDPs həştəqləri ilə sosial şəbəkələrdə paylaşmaqla aksiyaya qoşula bilərsiniz. Qeyd edək ki, bu gündən başlayan aksiya 1 ay müddətində davam edəcək.
Xəbəri paylaş