Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəza nəticəsində yol təsərrüfatına ziyan dəyib



Newscenter.az.21.06.2019. Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci kilometrliyində baş vermiş avtomobil qəzası nəticəsində yol təsərrüfatına ziyan dəyib.

Bu barədə məlumat Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki, “Shagman” markalı 99 DF 915 dövlət nömrə nişanlı yük maşını Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yerüstü piyada keçidinə çırpılıb. Qəza zamanı yerüstü piyada keçidi və içərisində olan lift sıradan çıxıb.

Qəzanın fəsadları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərəfindən aradan qaldırılır.
Anar
Xəbəri paylaş