Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəsm müsabiqəsinin qalibləri açıqlanıb



Newscenter.az.21.06.2019. Məktəblilər arasında XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunan “İdman-sağlamlıq, dostluq, birlik" mövzusunda keçirilən rəsm müsabiqəsinin qalibləri bəlli olub. Newscenter.az zəbər verir ki, Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”na cəlb olunmuş ümumi təhsil müəssisələri arasında təşkil olunub.

Rəsm müsabiqəsində 6-10 və 11-14 yaş qrupu üzrə məktəblilər iştirak edib. Müsabiqəyə 45 məktəbdən 159 rəsm işi təqdim edilib. Müsabiqənin yekun mərhələsində rəsm işləri 2 səviyyədə qiymətləndirilib. Qiymətləndirmə 50 faiz sosial şəbəkələrdə qazanılmış bəyənmələrin ümumi sayı və 50 faiz müsiflər heyətinin qiyməti əsasında formalaşıb.
Müsabiqənin nəticələrinə görə, 6 nəfər I, 12 nəfər II, 16 nəfər isə III yeri tutub. Belə ki, 11-14 yaş qrupu üzrə Məktəb-Lisey Kompleksinin şagirdi Aliyə Mikayılova, Humanitar Fənlər Təmayüllü Məktəb-liseyin şagirdləri Əzizə Əfəndiyeva və Səkinə Bədirova, 6-10 yaş qrupu üzrə 220 nömrəli məktəb-liseyin şagirdi Ayaz Nəcəfli, 210 nömrəli məktəbin şagirdi Cəlil Kərimli, Elitar Gimnaziyanın şagirdi Sabir Əliyev I yerin qalibi olublar.

Qaliblər təşkilat komitəsi tərəfindən diplom və hədiyyələrlə təltif edilib.
R.Mehdiyeva
Xəbəri paylaş