Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fizuli Məmmədov idmançı Alim Nəbiyevə dəstək məqsədilə Parisə gedib-FOTOLAR



Newscenter.az.22.06.2019. Dünya Azərbaycanlıları İttifaqının sədri və Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Füzuli Məmmədov idmançı Alim Nabiyevlə Cedric Doumbe arasında baş tutacaq yarışı izləmək və idmançımıza dəstək olmaq məqsədilə Parisə gedib.

Newscenter.az xəbər verir ki, məlumatı Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidməti yayıb.

Xatırladaq ki, azərbaycanlı idmançı Alim Nəbiyevlə Cedric Doumbe arasında yarış Parisdəki La Villette Zenith idman kompleksində baş tutacaq. Dünya Azərbaycanlıları İttifaqı və Rusiya Azərbaycanlıları İttifaqının dəstəyi ilə Avropa və Rusiyanın müxtəlif bölgələrindən fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri də Alim Nəbiyevə dəstək verəcəklər. Həmçinin Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları da mühüm idman tədbirində iştirak edəcəklər. İdman tədbirinin şərəfli qonaqları arasında məşhur azərbaycanlı idmançı, professional kigboxçu Zabit Səmədov da olacaq.
Xəbəri paylaş