Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA sədri FAO-nun nümayəndə heyəti ilə görüşüb



Newscenter.az.24.06.2019. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktor müavini Nabil Gangi ilə görüşüb.

Newscenter.az xəbər verir ki, agentlik sədri ölkədə yeni qida təhlükəsizliyi mexanizminin formalaşdırılması istiqamətində beynəlxalq təşkilatlar, xüsusilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO ilə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Görüşdə Qida Təhlükəsizliyi Agentliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda tərəflər arasında gələcəkdə irimiqyaslı layihələrin həyata keçirilməsi məqsədi ilə FAO-AQTA Tərəfdaşlıq Proqramı və müxtəlif yeni əməkdaşlıq modellərinin tətbiqi imkanları nəzərdən keçirilib.
Orxan
Xəbəri paylaş