Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlahiyyat İnstitutu virtual sorğunun qalibi oldu



Newscenter.az.25.06.2019. Mektebgushesi.az saytının ali məktəblər arasında keçirdiyi ənənəvi sorğu yekunlaşıb. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) birinci yerin qalibinə mükafatın təqdimetmə mərasimi təşkil olunub. Newscenter.az-a təhsil ocağından bildirilib ki, Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb.

Rektor daha sonra bildirib ki, İnstitut tədrisin yüksək səviyyəsi üçün, müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsi məqsədi ilə konfrans, seminar, “dəyirmi masa”, layihə və proqramlar təşkil edir. C.Məmmədov gənc kadrların intellektual səviyyəsinin artırılmasında daha böyük nəticələrin əldə olunması üçün elm və təhsil əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O, obyektiv sorğuya görə, sayt rəhbərliyinə təşəkkür edib, həmçinin rəhbəri olduğu ali tədris müəssisəsində görülən işlərdən, mövcud tələbə-müəllim, tələbə-rektor münasibətlərindən bəhs edib. Şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün zəruri addımların atıldığını və bundan sonra da bu istiqamətdə işlərin görüləcəyini nəzərə çatdırıb.

Tədbirdə mektebgushesi.az saytının təsisçisi və baş redaktoru Məzahir Məmmədli çıxış edərək, sorğunun məqsədi, keçirilmə mexanizmi və gedişiatı barədə geniş məlumat verib. Qeyd edib ki, 10 gün davam edən və 40 ali tədris müəssisəsi arasında keçirilən “Abituriyent olaraq təhsilin və idarəetmənin keyfiyyətinə görə hansı universiteti seçərdiniz?” nominasiyalı virtual sorğuda, ümumilikdə, 4 420 respondent iştirak edib. Azərbaycan İlahiyyat İnistitutu 1 022 səslə sorğunun qalibi olub. Səsvermə ölkəmizin paytaxt və regionlarında yerləşən bütün ali təhsil müəssisələrini əhatə edib: “Sorğuda, ümumilikdə, 4 420 respondent iştirak edib. Nəticədə, Azərbaycan İlahiyyat İnstitutu 1 022 səslə birinci yeri tutaraq qalib olub. İkinci yerdə 996 səslə Lənkəran Dövlət Universiteti, üçüncü yerdə 505 səslə Bakı Dövlət Universiteti qərarlaşıb. Mübarizə çox gərgin, nəticələrin tez-tez dəyişilməsi şəraitində baş tutub. Nəhayət, qalib müəyyənləşib. Sorğu müddətində bütün normativlərə əməl olunub”.
Xəbəri paylaş