Impera

XƏBƏR LENTİ
22:51Prezidentdən ciddi tapşırıq: "Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır"22:33Niyə heç cürə kompromisə getmək istəmirsiniz?22:26Azərbaycan Prezidenti: "Vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir"22:04Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşüb21:54İlham Əliyev: "Bu gün iqtidarda olan bəziləri islahatlara qarşı çıxış edirlər"20:33Kənd Təsərrüfatı Nazirliyi yanında Barama İstehsalçıları Şurası yaradılıb19:14Dövlət Gömrük Komitəsinin sədri İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri ilə görüşüb18:13Minskdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası keçirilir17:15BMqT-nin Azərbaycan nümayəndəliyi üşaqlar üçün nəzərdə tutulan sığınacaqda təmir işləri başa çatdırıb17:00Azərbaycanda yeni dövlət qurumu yaradılır16:10Bu ilin 9 ayı üzrə Energetika Nazirliyində inzibati xətalarla bağlı 539 işə baxılıb15:49Bu günədək qəbul məntəqələrinə 183 min tondan artıq pambıq təhvil verilib15:10Dünyada 820 milyondan çox insan acdır14:54KOBİA istixana təsərrüfatının yaradılmasına dəstək göstərib14:28İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər14:06Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanılıb13:41Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib13:26BMqT İcmanın məlumatlandırılması görüşlərini davam etdirir13:13Sabah hava necə olacaq?13:02Müdafiə naziri NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb12:50Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır12:15BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli ilə görüş keçirilib11:52Ayaqqabısında psixotrop maddə keçirmək istədi11:38“Mastercard” kiberməkandakı konfliktlərdə nzərərçəkmişlərə yardım edəcək11:14Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər10:39“Azəriqaz” payız-qış mövsümünə hazırlığa start verib10:27Müəllim və valideynlərin müraciətləri dinləniləcək10:06Bu rayonlarda qaz olmayacaq10:00Xətai rayonu Səməd bəy Mehmandarov küçəsi yenidən qurulub09:20Düşmən müxtəlif istiqamətlərində snayper tüfənglərindən mövqelərimizi atəşə tutub09:00Ümumdünya Qida Günü ilə əlaqədar məktəblilərlə görüş keçirilib08:30Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb22:00İlham Əliyev: "Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz"20:30Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib19:41Azərbaycan Rusiyaya nota verib17:15“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans keçirilib-FOTOLAR16:52Türkiyə nümayəndə heyəti “ASAN xidmət”də16:14Daha 38 mütəxəssis Kənd Təsərrüfatı Nazirliyi sistemində işə götürüldü15:33“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” qadınlar üçün yeni proqrama start verib15:19Yük qatarı sərnişini vurdu14:58Bakıda Türk Şurasının sammitində yekun bəyannamə imzalanıb14:47Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü başa çatdı14:35“Azəriqaz” İB iddialara aydınləq gətirdi14:25Türk Şurasının növbəti Zirvə Görüşü Türkiyədə keçiriləcək14:06"Bakı Metropoliteni" beynəlxalq tədbirdə təmsil olunub13:53Rəcəb Tayyib Ərdoğan: ""Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün əlimizdən gələni edəcəyik"13:10Bakı Şəhəri üzrə Təhsil İdarəsi gələcək hədəflərini açıqlayıb13:00Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub12:41Cari ilin 9 ayı ərzində Energetika Nazirliyinə 2707 müraciət daxil olub12:23Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb12:03Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün11:30Güzəştli şərtlərlə səyyar gübrə satışından 2756 vətandaş yararlanıb11:15Bakıda 10 məktəb direktoru işdən çıxarılıb11:05Bu yollarda rəngləmə işləri aparılacaq11:00Özbəkistanla turizm sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb10:40AQTA bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi10:12Energetika naziri vətəndaşları qəbul edib09:42Bu rayonlara qaz fasilə ilə veriləcək09:30Atəşkəs rejimi 21 dəfə pozulub09:00KOBİA TDƏŞ-ə üzv ölkələrin müvafiq qurumları ilə əlaqələri genişləndirir22:00Türkiyə bəzi dırnaqarası "müsəlman" ölkələrinin və Qərb dövlətlərinin iddia etdiyi kimi heç də işğalçılıq məqsədləri güdmür21:30Məktəblilər qida təhlükəsizliyi barədə maarifləndirilir21:00Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası Bakıda keçirilir20:15Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri Goranboy rayon İcra Hakimiyyətində görüş keçirdilər19:40“Kaspersky Lab” şirkəti Azərbaycanla bağlı geniş təqdimat keçirəcək19:12Bu ilin 9 ayı ərzində ümumilikdə 182 471 sayğac yenisi ilə əvəzlənib18:35Valdaydan sonra, sərt Aşqabad silləsi18:02Macarıstanın Baş Naziri Türk Şurasının toplantısında iştirak etmək üçün Azərbaycana gəlib17:55Səhmdar Cəmiyyət rəhbərliyi vətəndaşları qəbul edəcək17:44Azərbaycan Ordusunda “NATO günləri”nə start verilib.17:21Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib16:40DGK:"Şimal Servis" MMC-nin idxal etdiyi mallara görə həyata keçirilən gömrük əməliyyatlarında qanun pozuntusuna yol verilməyib16:31Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib16:25“Türk Hava Yolları” cari ilin ilk 9 ayı ərzində 56.4 milyon sərnişinə xidmət göstərib16:06Rusiya Azərbaycanlıları İttifaqı: "Zatulinin fikirləri əslində dəhşətli saxtalaşdırma faktının təzahürüdü"16:00Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə görüşüb15:53Respublikada tütün və şəkər çuğuduru yığımı davam edir15:46Ərdoğan Azərbaycana gəlib15:34Daha 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək15:25Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü olub15:06Azərbaycanda “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək14:36“ASAN xidmət”də Yaponiyanın mədəniyyət günləri14:17Özbəkistan prezidenti Azərbaycana səfərə gəlib13:19Sabah hava necə olacaq?13:00Gömrükçülər külli miqdarda siqaretin ölkəyə keçirilmıəsinin qarşısını alıb12:44Bu ərazilərdə rəngləmə işləri aparılacaq12:35Paytaxt məktəblisi şahmat üzrə dünya çempionu olub12:20AQTA-nın nümayəndə heyəti Monteneqro, Bosniya və Herseqovinada işgüzar səfərdə olub12:00Təhsil müəssisələrində öyrədici seminarlar keçirilir11:55Diplomatik korpusun rəhbərləri yarmarkasına gedəcək11:43Azərbaycan komandası Qətər 2019 MOKA Dünya Çimərlik Oyunlarında 2 medal qazanıb11:30Türk Şurasına sədrlik Azərbaycana keçib11:13Bu ərazilərə qaz fasilə ilə veriləcək10:41Tramp Türkiyəyə tətbiq edəcəyi sanksiyaları niyə gecikdirir?10:00Birinci vitse-prezident akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib09:43Azərbaycan-İran sərhədində insident baş verib, 1 sərhədçi bıçaqlanıb09:29Atəşkəs rejimi 22 dəfə pozulub08:21Tramp Nobel mükafatı ala bilərmi?08:00Akademik Vasim Məmmədəliyev vəfat edib22:29Ruslan Vəliyev: "Azərbaycan Dövlət Aqrar Universiteti sürətlə inkişaf edir"
BÜTÜN XƏBƏRLƏR
Ekim 2019 (402)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)

«    Haziran 2019    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930

“DANIŞIR XOCALI” sənədli filmi təqdim olunub

27 İyun 2019, 09:00   


Newscenter.az.27.06.2019. “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin hazırladığı “DANIŞIR XOCALI” sənədli filminə ictimai baxış keçirilib.

Yenicag.az xəbər verir ki, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2 ay ərzində həyata keçirilən “DANIŞIR XOCALI” – sənədli film” layihəsini yekunlaşdırıb.

Layihə çərçivəsində erməni faşistlərinin törətdiyi, bəşəriyyətin ən qanlı faciələrindən biri olan Xocalı Soyqırımının canlı şahidlərinin, o cümlədən yerli və xarici ekspertlərin iştirakı ilə irihəcmli “DANIŞIR XOCALI” sənədli filmi çəkilib. “DANIŞIR XOCALI” sənədli filminin Azərbaycan publikası üçün ictimai baxışı bu gün World Businness Center-də təşkil olunub.


Filmin nümayişindən əvvəl çıxış edən “Yeni Çağ” Media Qrupunun direktoru Aqil Ələsgər layihə haqqında ətraflı danışaraq, belə bir filmin çəkilməsi ideyasının Xocalı Soyqırımının beynəlxalq miqyasda tanıdılmasına töhfə vermək niyyətindən qaynaqlandığını vurğulayıb.

“DANIŞIR XOCALI” sənədli filminin ictimai baxışında millət vəkilləri, QHT və media rəhbərləri, yazarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışında film haqqında təəssüratlarını bölüşən millət vəkili Fəzail Ağamalı bildirib ki, xalqımız Xocalı Soyqırımından əvvəl də çox müxtəlif faciələrlə üzləşib:

“Gülüstan və Türkmənçay müqaviləsindən sonra ermənilər torpaqlarımıza yerləşdirildi. Bununla da xalqımızın faciələri başladı. Mənim nəslim dörd dəfə erməni vandaliziminin qurbanı olub, qohum-əqrəbamızdan 90-a yaxın şəxs öldürülüb. Xocalı Soyqırımı unudula bilməz. Biz nə qədər ki, Xocalının intiqamını almamışıq, başımızı yuxarı qaldırmağa haqqımız yoxdur. Çox vacib bir işi həyata keçirdiyi üçün Aqil Ələsgərə də təşəkkür edirəm”.

Azərbaycan-Türkiyə Evinin ( ATEV) rəhbəri Tənzilə Rüstəmxanlı çıxışında belə mühüm layihələrin davamlı olaraq, həyata keçirilməsinin vacibliyini deyib:

“Qoynumuzda bəslədiyimiz bəzi millətlər sonradan qanımıza susayıblar. Həqiqətən də, çox aktual və Xocalı Soyqırımını dürüst əks etdirən əla film alınıb. Dünyanın böyük gücləri Xocalıda nə baş verdiyini bilirlər, lakin dünya bu gün haqdan deyil, güclüdən yanadır. Belə layihələrin davamlı olması lazımdır”.

“DANIŞIR XOCALI” sənədli filminin məsləhətçisi, “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat hər bir məsələdə Azərbaycanın yanında olacaqlarını bildirib:

“Xocalıdakı qətliamı lənətləyirik. Xocalı insanları mənim gözümdə qəhrəmandır. Çünki onlar silahsız olaraq, dörd il ermənilərlə mübarizə aparıblar. Filmin çəkilişi zamanı əlimizdən gələn bütün dəstəyi verdik. Hər zaman bu işlərə dəstək verməyə davam edəcəyik”.

Soyqırım zamanı ermənilərin əsir götürdükləri Xocalı sakini Dürdanə Ağayeva isə filmlə bağlı kövrək notlarda danışıb:

“Xocalıda əsirlikdə olduğum günlər haqqında kitab yazmışam. Bu filmə baxanda, çox təsirləndim. Özümə sual verirəm ki, axı mənim günahım nə idi? Kaş ki, əsirliyim haqqında yox, Xocalının gözəlliyindən yazardım. Filmi hazırlayıb ərsəyə gətirənlərə təşəkkürümü bildirirəm”.

Xocalı Soyqırımı haqqında kitabın müəllifi olduğunu vurğulayan şairə İradə Əlili çıxışında xalqımızın üzləşdiyi bu faciənin hər zaman diqqət mərkəzində olması üçün gərəkən bütün işlərin görülməsinə çağırıb.

Yekunda çıxış edən “DANIŞIR XOCALI” – sənədli film layihəsinin rəhbəri Aqil Ələsgər tədbirə qatılanlara təşəkkür edərək, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində hər kəsin əlindən gələni etməli olduğunu bildirib:

“İdeal bir film hazırladığımızı iddia etməsək də, Xocalı Soyqırımı ilə bağlı bir iş görməyə çalışdıq. Biz dövlətimizin isimsiz əsgərləriyik və bununla qürur duyuruq”.

Qeyd edək ki, “DANIŞIR XOCALI” sənədli filminin ingilis dilində ilk nümayişi bu il iyunun 21-də “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Yeni Çağ” Media Qrupu və Azərbaycan Diaspor İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Tiflisdə təşkil olunan “101 illik dostluqdan strateji ortaqlığa: Gürcüstan-Azərbaycan” adlı beynəlxalq konfrans çərçivəsində baş tutub.

Tiflis Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində gerçəkləşən film nümayişində Azərbaycanın Gürcüstandakı Səfirliyinin birinci katibi Vüqar Mustafayev, “Yeni Çağ” Media Qrupunun direktoru Aqil Ələsgər, Yaxın Şərq və Qafqaz İnstitutunun (IMECS) təsisçisi və baş icraçı direktoru Vasili Papava, Mədəniyyət və Əlaqələr Təşkilatının rəhbəri Natella Grigalaşvili, politoloq, Qafqaz Strateji Araşdırmalar İnstitutunun siyasi məsləhətçisi Gela Vasadze, Tadzreli Fondunun prezidenti Teymuraz Toumanişvili, Beynəlxalq Qara dəniz Universitetinin professoru Nika Çitadze, jurnalist Irma Mesxi, tanınmış gürcü yazıçı Quram Marxuliya, yazıçı Beka Korşiya, jurnalist Sofo Mtivlişvili, Azərbaycan Diaspor İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili və çox sayda başqa qonaqlar iştirak ediblər.
OXŞAR MÖVZULAR