Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Adını ziyalı qoyub, diasporun işini yersiz tənqid edənləri anlamaq çox çətindir



Newscenter.az.28.06.2019.
“Xeyriyyəçi, ictimai xadim Fizuli Məmmədovun rəhbərliyi ilə başladılan diasporların birləşdirilməsi prosesini tənqid edənlərin bəziləri politoloq Andrey Piatkovskinin “qalib və impotent” haqqında pritçasını yada salır”. Bu sözlər Rusiya Azərbaycanlıları İttifaqı İdarə Heyətinin ötən gün yaydığı açıqlamadandır.

Rusiyadakı Azərbaycan diasporunun yenilənməsi ilə bağlı haqsız tənqidlərə cavab olaraq yayılan açıqlamada RAİ İdarə Heyəti tənqidlərin konstruktivliyə yönəldilməsini təklif edir:”Ziyalılar arasında diasporun maraqlarını müdafiə edən insanların tənqidi qəbulediləndir. Ancaq adını ziyalı qoyub, diasporun işini yersiz tənqid edənləri anlamaq çox çətindir. Son zamanlar diaspor fəaliyyətində vətənpərvərlik ruhunun gözgörəsi yüksəldilməsi, uzun illər diaspora rəhbərlik edən xeyirsiz kosmopolitlərin eqoist «elitizminə”, çürük fəlsəfələrinin mənasızlığına, eyni zamanda onları ya saflıqlarından, ya da nəzakətlərindən müdafiə edənlərə layiqli cavabdır.

Milli düşüncədən uzaq insanların diasporu böhrandan çıxaracağını düşünmək sadəlövlükdür. Bu məqamda sizə xalq şairi Ramiz Rövşənin ziyalılıq missiyası haqqında tarixi nitqindən bir neçə cümləni xatırlatmaq istəyirəm: “Ziyalılıq vicdanla ölçülür. Ziyalı öz vicdanını ana öz övladını bətnində hiss edən kimi hiss etməlidir”. Böyük aydın, böyük şair Ramiz Rövşənin ziyalılıq və vicdan haqqında sözləri vicdanını unudan və hakimiyyətlərə yarınmağı həyat kredosu seçən insanların nə qədər ucuz olduğunu bir daha təsdiqləyir.

Məhz bu “elitar”ların kosmopolitizmi və diaspor fəaliyyətinə biganəlikləri diasporun əsas kəsimini öz gözləntilərində məyus edib. Bu etinasızlıq Rusiyadakı Azərbaycan diasporununda erroziyalar, daxili parçalanmalar yaradıb. Onların yaratdıqları mənfi tendensiyalar haqqında dərinə getmədən kosmopolit düşüncələrinə görə saydaşlarımız arasında etmadlarını itirənləri bu işdən əl çəkməyə çağırırıq.

“İntiligentlər” millətimizə yuxarıdan aşağı baxmağı davam etdirdikcə biz də xalqımız üçün bacardığımızı edəcək, soydaşlarımızın sağlam təməllər üzərində qurulan qurumlarda birləşməsi üçün gücümüzü, imkanlarımızı əsirgəməyəcəyik. Ahıl yaşlarına çatsalar da müdrikləşməyən bu insanların Rusiya Azərbaycanlıları İttifaqında təmsilçiliyi heç biz də arzu etmirik. Onlara məsləhət görürük ki, diasporda bölücülük yaratmağa cəhd etməkdənsə, nəvələri ilə gün keçirsinlər. Milli düşüncəniz yoxdursa, millətin yolundan çəkilin, cənablar.

Biz Rusiyanın regionlarında yaşayan gənclərimizin sağlam enerjisi ilə soydaşlarımızı birləşdirəcək, onlara dayaq olacaq qurum yaratmaqda qərarlıyıq. Millətin gələcəyini, Rusiyanın Azərbaycanın həyatındakı rolunu doğru-düzgün dərk edə bilən hər kəs bu məsələdə bizim yanımızdadır”.
Xəbəri paylaş