Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan hərbçiləri Belarusda keçiriləcək hərbi paradda iştirak edəcək



Newscenter.az.28.06.2019. Azərbaycan Ordusunun bayraqdarlar heyəti iyulun 3-də keçiriləcək Belarus Respublikasının Müstəqillik Gününə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Minsk şəhərindədir.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə birlikdə hazırlıq məşqlərinə başlayıblar.

Qeyd edək ki, hərbi paradda Azərbaycan Ordusunun bayraqdarlar heyəti ilə yanaşı Belarus Respublikası, Rusiya Federasiyası və Çin Xalq Respublikasının parad heyətləri də iştirak edəcəklər.
Xəbəri paylaş