Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yox “ bəylər”, sizdən demokrat olmaz



Newscenter.az.28.06.2019.
“Özünü demokratiya fədailəri adlandıran keçmiş komsomolçu Əli Kərimov, Heydər Əliyev haqqında cild-cild kitab yazan “professor” Cəmil Həsənov mənim tənqidlərimə niyə bu qədər aqressiv yanaşırlar. Bəs harada qaldı sizin demokratik dəyərləriniz?”.

Bu fikirləri Neüscenterşaz-a “Hilal” təşkilatının sədri Arzuman Abdulkərimov səsləndirib. Təşkilat sədri qeyd edib ki, Əli Kərimli və Cəmil həsənli öz facebook səhifələrində onu blok ediblər:
Yox “ bəylər”, sizdən demokrat olmaz

“Onların paylaşdığı statuslara rəy yaza bilmirəm. Əvəllər onların statuslarına öz tənqidi fikirlərimi bildirirdim. Nə qədər sərt tənqid yazsam da, heç vaxt etik qaydaları pozmamışam. Heç vaxt təhqirə yol verməmişəm. Yox “ bəylər” sizdən demokrat olmaz. Çünki uzun illər sizi təbliğ edərək, uğrunuzda məhrumiyyətlərə qatlanan insanlar tanıyıram ki, bir dəfə haqqınızda yumşaq tənqidi yazı yazmaqla bir anın içində həmin insanları vətən xaini, satqın elan etmisiniz”.

Arzuman Abdulkərimov deyib ki, “demokratlardan” fərqli olaraq İlham Əliyev onu uzun illər tənqid edən insanların fikirlərinə hörmətlə yanaşdığını sübut edib:

“Bax əsl demokrat belə olar. Biraz cəsarıtli olun. İnsanların sizi tənqid etmək haqqını tanıyın. Əks halda yanınızda olan beş-on adam da sizdən üz döndərəcək”.
Xəbəri paylaş