Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sağlamlıq imkanları məhdud gənclər üçün tədbir keçirilib



Newscenter.az.29.06.2019. İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində “Unutmayaq ki Unudulmayaq” adlı tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Reabilitasiya Mərkəzinin sədri Rəhilə Həsrətova burada sağlımlıq imkanları məhdud gənclər üçün yaradılmış şərait və onların peşə biliklərinə yiyələndirilməsi haqqında geniş məlumat verib. Daha sonra İSBAM sədri Samir Adıgözəlli çıxış edərək gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması məqsədilə silsilə tədbirlər həyata keçirdiklərini bildirdi. O çıxışında sağlamlıq imkanları məhdud gənclərimiz arasında milli vətənpərlik ruhunun yüksək olmasının bütün gəncliyimizə bir nümunə olduğunu qeyd etdi. Məhz onların hazırladıqları əl işlərində vətənin tərənnüm edilməsi, tariximizə yer verilməsi milli dəyərlərimizə bağlılığının göstəricisidir. İSBAM sədrinin müşaviri, Beynəlxalq Sülh Səfiri Yasəmən Möhübbətqızı isə çıxışında Milli Qəhrəmanımız Səfiyar Behbudov haqqında danışaraq, tədbirdə iştirak edən gənclər tərəfindən qəhrəmanlarımızın həyat yollarını daha yaxından öyrənilməsinin vacibliyini bildirdi.

Tədbirdə iştirak edən polkovnik Həmid Cəfərov, Milli Qəhrəman Səfiyar Behbudovun bacısı Naibə Behbudova, Dünya Çempionu Araz Musayev və İSBAM sədrinin müşaviri Samir Şahverdiyev çıxış edərək, xüsusilə sağlamlıq imkanları məhdud gənclər arasında vətənpərvərliyin təbliği istiqamətində “Unutmayaq ki Unudulmayaq” kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd etdilər. Tədbirin sonunda reabilitasiya mərkəzində kurs keçən gənclərin Nəsiminin 650 illiyinə hazırladıqları bədii səhnə nümayiş etdirilib. Eyni zamanda gənclər tərəfindən Milli Qəhrəman Səfiyar Behbudova həsr olunmuş poemadan parçalar səsləndirilib.

İSBAM rəhbərliyi tədbirdən sonra reabilitasiya mərkəzi ilə yaxından marağlanaraq, sağlamlıq imkanları məhdud olan gənclər tərəfindən hazırlanan əl işlərilə tanış olmuşlar.

Tədbir “Dövlət və Qanun” qəzetinin informasiya dəstəyi ilə həyata keçirilib.
Xəbəri paylaş