Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərbaycanda plastik tullantılara qarşı mübarizə” adlı forum keçiriləcək


Newscenter.az.1.07.2019. Azərbaycan Könüllülər İctimai Birliyi UNESCO-nun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilati dəstəyilə “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” adlı yeni layihəyə start verir.

Newscenter.az-a daxil olan məlumatda bildirilib ki, layihənin keçirilməsində məqsəd plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın artırılması və müvafiq olaraq plastik qabların istifadəsini azaltmaq və qarşısını almaq üçün praktiki yolların tapılması, ekoloji mədəniyyəti artırmaqla Azərbaycanın turistik yerlərini təmiz saxlamaqdır.

Layihə öz işinə “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” forumu ilə başlayacaqdır. Forum 06.07.2019-cu il tarixində "Park Inn by Radisson Baku" mehmanxanasında baş tutucaq.

Forum Azərbaycanda plastik tullantılara qarşı birgə mübarizə aparmaq, ətraf mühitin təmizliyinə fikir verməklə ölkənin turizm potensialını daha da artırmaq məqsədilə hökumət və maraqlı tərəflər üçün platforma yaradacaq.

Layihə çərçivəsində müasir metodologiyadan istifadə etməklə aidiyyatı sahədə 30 nəfərdən ibarət könüllülər üçün TOT (Təlimçilər üçün Təlim) seminarları təşkil edilərək onların bilik və bacarıqları artırılacaq. Hazırlanacaq sosial film vasitəsilə könüllülərin ətraf mühiti plastik tullantılardan təmiz saxlamaları və “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında maarifləndirici kampaniyaya qoşulmaları təşviq ediləcəkdir.

“Azərbaycanda plastik tullantılara qarşı mübarizə” forumunda iştirak etmək üçün aşağıda qeyd olunan link vasitəsilə ərizə formasını doldurmaqla elektron şəkildə müraciət edə bilərsiniz. Müraciət edənlər e-mail və ya telefon vasitəsilə seçimlərin nəticələri haqqında məlumat əldə edəcəklər.
Xəbəri paylaş