Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlahiyyat İnstitutunda ilk Məzun Günü keçirilib



Newscenter.az.1.07.2019. Azərbaycan İlahiyyat İnstitutunun ilk Məzun Günü keçirilib.

Təhsil ocağından Newscenter.az-a bildirilib ki, Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından bəhs edib. Ulu öndər Heydər Əliyevin təhsilin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini qeyd edən rektor vurğulayıb ki, hazırda həmin siyasi xətt cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, təhsil sahəsində önəmli islahatlar həyata keçirilir.

Aİİ İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. M.Mürsəlov bildirib ki, ölkəmizdə bilikli və bacarıqlı gənclərə daim ehtiyac var. Biz inanırıq ki, Aİİ-nin məzunları ölkəmizdə bu sahədə öz layiqli yerlərini tutacaqlar.
Aİİ Tədris şöbəsinin müdiri Zərifə Əliyeva İnstitutun ilk məzunlarını təbrik edib. Z.Əliyeva məzunlara təhsil aldıqları tədris ocağının adını daim uca tutmağı, həyat yollarında büdrəməməyi, ölkə üçün dəyərli vətəndaş, bacarıqlı mütəxəssis olmağı tövsiyə edib.

Sonda təhsil aldığı müddətdə İnstitutun elmi, mədəni və ictimai həyatında fəal iştirak etdiyinə, yüksək göstərici və nümunəvi davranışı ilə fərqlənən məzunlara təşəkkürnamələr təqdim olunub.
Xəbəri paylaş