Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Komitə sədri vətəndaşları qəbul edib



Newscenter.az.3.07.2019. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, qəbulda Bakı şəhəri və ətraf rayonlarda müvəqqəti məskunlaşmış, əvvəlcədən qəbula yazılmış 40-dan çox vətəndaş iştirak edib. Onların əksəriyyətini məcburi köçkünlər təşkil edib.

Müraciətlər, əsasən, kommunal xidmətlər, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinət, məşğulluq və zəbt olunmuş evlərlə bağlı olub.
Məlumat verilib ki, məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri müəyyən edən Prezident İlham Əliyev onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifah halının yüksəldilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə verilən tapşırıqlar ardıcıl icra olunur.

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı əsasında hələ də qəzalı və həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkünlərin birinci növbədə köçürülməsi ilə bağlı işlər instensivləşib.

Qəbul zamanı səsləndirilən bütün müraciətlər qeydə alınıb. Onların araşdırılması üçün müvafiq şöbələrə tapşırıqlar verilib.
Xəbəri paylaş