Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

nur az.com saytı birmənalı şəkildə Azərbaycanda terrorçuluğu dəstəkləyir, iğtişaşlar yaratmaq istəyir-FOTOLAR



Newscenter.az.3.07.2019. İran molla rejiminə sığınan bir dəstə xəyanətkar “azərbaycanlı”nın idarə etdiyi nur az.com saytı birmənalı şəkildə Azərbaycanda terrorçuluğu dəstəkləyir, iğtişaşlar yaratmaq istəyir.

Newscenter.az xəbər verir ki, bu fikirləri “Hilal” təşkilatının sədri Arzuman Abdulkərimov səsləndirib. O, deyib ki, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevi güllələyən Yunis Səfərovun İranda terrorçu kimi təlim keçdiyini göstərən video materiallar saytda öz əksini tapıb:

“Eyni zamanda sayt Yunisi milli qəhrəman kimi qələmə verib. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, həmin yazının şərh bölümündə Yunisi qəhrəman kimi görənlərin şərhləri yer alır. Onların əksəriyyəti Azırbaycanda yaşayır. Bəs görəsən güc strukturlarımız hara baxır? Niyə bu satqınlar haqqında ölçü götürmürlər? Mən güc strukturlarından tələb edirəm: Bu şərəfsizlərin əl ayağını yığın! Əks halda milliyətçi kəsimi təmsil edən insanlar bu satqınları özləri cəzalandırmalı olacaqlar”.

Arzuman Abdulkərimov onu da deyib ki, bu arada, dünən sosial şəbəkələrdə özlərini İŞİD terror təşkilatının Azərbaycan qolunun üzvləri adlandıran bir qrup terrorçunun görüntüləri yayılıb: “Onlar İŞİD rəhbəri Bağdadiyə biət etdiklərini və onun əmrləriniə tabe olacaqlarını bildiriblər”.
Xəbəri paylaş