Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İqtisad Universitetində yanğın olub



Newscenter.az.3.07.2019. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yanğın olub.

“Report”un əldə etdiyi məlumata görə, yanğın səhər saatlarında ali məktəbin əsas tədris binasındakı tədris mərkəzi otağında baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının qarşısı alınıb. Xəsarət alan olmayıb.

Yanğın nəticəsində tədris mərkəzindəki bir neçə avadanlığa zərər dəyib.
Xəbəri paylaş