Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

64 küçə və prospektdə mövcud yol nişanlanma xətləri yenilənib



Newscenter.az.4.07.2019
. Bakı şəhərində və şəhərətrafı ərazilərdə yol hərəkətinin təkmilləşdirilməsi və təhlükəsizliyin artırılması məqsədilə həyata keçirilən tədbirlər davam edir.

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Newscenter.az-a bildirilib ki, bu istiqamətdə görülən işlər çərçivəsində artıq 64 küçə və prospektdə mövcud yol nişanlanma xətləri yenilənib, yol hərəkətinin təşkili baxımından mövcud çatışmazlıqlar aradan qaldırılıb. Görülən tədbirlər zamanı piyada təhlükəsizliyinə xüsusi önəm verilib, eyni səviyyəli piyada keçidlərində 1.14.1 nişanlanmaları (yəni zebralar) yenilənərək piyadaların istifadəsinə verilib.

Həmçinin, bu kimi tədbirlər həyata keçirilərkən bəzi yolayrıclarında hərəkətin zolaqlar üzrə icazə verilən istiqamətlərini göstərən 1.18 nişanlamalarında da nəqliyyat axınına uyğun dəyişikliklər edilərək konfliktlər aradan qaldırılıb. Mərhələli şəkildə digər küçə və prospektlərdə də analoji tədbirlər həyata keçirilir.
Xəbəri paylaş