Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aztəminatlı ailələrə yardım aksiyası həyata keçirilib



Newscenter.az.4.07.2019. Yeni Azərbaycan Partiyası gənclərinin “İmkansız ailələrə qayğı” aksiyasına YAP Binəqədi rayon təşkilatının gəncləri də qoşulub.

Newscenter.az xəbər verir ki, aksiya çərçivəsində rayon təşkilatı tərəfindən rayon ərazisində yaşayan tənha, ehtiyacı olan ailələr gənclər tərəfindən ziyarət olunub, onlara gündəlik zəruri ərzaq məhsullarından ibarət sovqat təqdim edilib. Gənclər ziyarət zamanı həmin insanlarla səmimi söhbətlər edib, evlərində müəyyən təmizlik,səliqə-səhman işlərinin aparılmasına kömək ediblər.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin ölkə iqtisadiyyatında həyata keçirdiyi əsaslı islahatlar bu sferada dinamik və davamlı inkişafı təmin etməklə bərabər, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına geniş imkanlar açır. Məhz ölkə başçısının qətiyyətli və uğurlu siyasəti sayəsində ölkədə yoxsulluğun səviyyəsi ildən-ilə azaldılmaqdadır. Gənclərin bu aksiyasiyanı həyata keçirməkdə məqsədi dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin iqtisadi, sosial islahatlarına dəstək verməkdir.
Xəbəri paylaş