Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Azərbaycanlıları İttifaqı Ayaz Mütəllibova başsağlığı verdi



Newscenter.az.5.07.2019. 2Azərbaycanın 1990-1992 ci illərdə Prezidenti olmuş Ayaz Mütəllibovun həyat yoldaşı Ədibə Mütəllibovanın vəfatı bizi dərindən kədərləndirib".

Newscenter.az xəbər verir ki, bu fikirlər Rusiya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun sabiq prezidentin xanımının vəfatı ilə bağlı ünvanladığı başsağlığı mesajında əksini tapıb.

Hər iki qurtumun mətbuat xidmıətinin yaydığı başsağlığı mesajında qeyd edilir ki, bu gün Ədibə xanımın dünyadan köçməsi ilə bağlı dünyanın müxtəlif ölkələrindən Azərbaycana, Ayaz Mütəllibovun ailəsinə başsağlığı göndərilir. Biz də Rusiya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan Mədəniyyət Fondu adından Ədibə xanımın vəfatı ilə bağlı ailəsinə, xüsusən həyat yoldaşı Ayaz Mütəllibova başsağlığı veririk. Son qəminiz olsun, məzarı nurla dolsun.

Qeyd edək ki, Rusiya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan Mədəniyyət Fondu bir neçə gün əvvəl sabiq prezident Əbülfəz Elçibəyin xanımının vəfatı ilə bağlı da mərhumun yaxınlarına başsağlığı vermişdi.
Xəbəri paylaş