Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

50 il əvvəl başlayan uğur hekayəsi



Newscenter.az.8.07.2019. 50 il əvvəl, 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbərliyinə cavan, işgüzar, məqsədyönlü bir insanın - Heydər Əliyevin gəlişi respublikamızın həyatında tam yeni bir səhifə açdı. Gənc və enerjili kadrın xarakterində, iş üslubunda hər cür ətalətə, fəaliyyətsizliyə, köhnəliyə, mühafizəkarlığa qarşı nadir hallarda təsadüf edilən dözümsüzlüklə köhnəlmiş forma və strukturların yeniləşdirilməsində, müasirləşdirilməsində işgüzar tutarlılıq, dəqiq qənaətkarlıq keyfiyyətləri harmonik şəkildə uyuşurdu. Bu dövrə kimi O, Dövlət Təhlükəsizlik Komitəsində general rütbəsində başçılıq edən böyük, ciddi idarəçilik məktəbi keçmişdi.

Heydər Əliyev siyasi hakimiyyətə gəlişinin ilk günlərindən hər cür ideoloji-siyasi əngəllərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlayan Ulu öndər, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır.

Ümummilli lider Heydər Əliyevin qarşısında, hələ bu vaxtacan onun sələflərinin heç birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələr dururdu: respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, üstəqəl onu qüdrətli dövlətin xammal istehlakçılarından qabaqçıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, monokultura xarakteri ilə fərqlənən kənd təsərrüfatını qaldırmaq, Bakının dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq, Azərbaycan kəndini dirçəltmək, Azərbaycan əhalisinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq, onun xaricdə yaşayan həmvətənlərlə əlaqəsini möhkəmləndirmək.

Ulu öndərimiz fəaliyyətinin ilk ilindəcə bu məsələlərə diqqət yetirdi və genişhəcmli milli inkişaf proqramları hazırlanaraq həyata keçirildi. Onun əsas qayəsi ölkəmizi ittifaq miqyasında əsas respublikalardan birinə çevirmək, həyata keçirilən inkişaf proqramlarını insanların sosial həyatına, iş yerlərinin yaradılmasına, sənaye komplekslərinin yaradılmasına, təhsilə, səhiyyəyə, elm, mədəniyyət, incəsənət, idman sahələrinin dirçəlişinə nail olmaq idi. Ulu öndərin gərgin əməyi sayəsində qarşıya qoyulmuş bu hədəflərə nail olundu.

Dahi şəxsiyyət 50 il əvvəl dərin təməlini qoyduğu milli inkişaf platformasını gerçəkləşdirməklə adını Azərbaycanın dövlətçilik salnaməsinə qızıl hərflərlə yazdırdı. Ulu öndərin dövlətçilik manifesti ən müqəddəs amala söykənirdi: Azərbaycanin milli inkişaf yolunu müəyyən etmək, müstəqil dövlətçilik institunun təməlini qoymaqla gələcəkdə dünya xəritəsində layiqli yerini möhkəmləndirməsinə nail olmaq.

Bu dövrdə respublikamızın güclü iqtisadiyyatının, siyasi-ictimai sabitlik və milli arxitekturasının təməli qoyuldu. Heydər Əliyev xalqın sosial rifahı üçün çalışırdı, xalq təsərrüfatının inkişafında da məhz xalqın əməyinin xüsusi rol oynadığını yaxşı bilir və qiymətləndirirdi.

Məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatların sayəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildi. Respublikada aparılan geniş miqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikildi, yollar salındı. Azərbaycan gənclərinin elmin və təhsilin dərinliklərinə yiyələnməsi və ölkənin sabahı üçün peşəkar kadr olması üçün Heydər Əliyevin gərgin səyi nəticəsində on minlərlə azərbaycanlılın keçmiş ittifaqın ən nüfuzlu ali məktəllərində təhsil almaları üçün şərait yaradıldı. Onun 14 illik fəaliyyəti ərzində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələi inkişaf edərək Azərbaycanı keçmiş müttəfiq respublikaları sırasında ən ön yerlərdən birini tutmasına gətirib çıxardı.

Bakıya, Azərbaycanın rayonlarına gözəllik, yaraşıq verən yüzlərlə yaşayış binaları, mehmanxanalar, ictimai binalar, məktəblər, mədəniyyət sarayları, iqtisadiyyatımızın nüvəsini təşkil edən fabriklər, zavodlar, nəhəng sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları, dəryaçalar, Kür su kəməri, yaşıllıq zonaları, istirahət ocaqları, neçə-neçə yollar, o cümlədən yurdun şimal-qərb ucqarını paytaxta bağlayan Bakı - Balakən dəmir yolu, Dağlıq Qarabağın mərkəzə - Bakıya bağlılığını artırmaq və orada Azərbaycan muhitini canlandırmaq üçün görülən mühüm tədbirlər, o cümlədən Xankəndinə dəmiryolu çəkilməsi Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin, bu böyük insanın bütün varlığına hopmuş Vətən sevgisinin nəticəsi idi.

Zaman Heydər Əliyevin xeyrinə işləyirdi. Ən Böyük Azərbaycanlı olan Heydər Əliyev zamanı qabaqlayaraq XXI yüzilliyin Azərbaycanı üçün güclü kadr potensialı yaradırdı.

1970-1985-ci illər ərzində Azərbaycanın əldə etdiyi ən muhum tarixi nailiyyətlərindən biri də xalqın gələcəyini nəzərdə tutan güclü kadr potesialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Belə ki, həmin illərdə iqtisaliyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq raspublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirildi. SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 əzarbaycanlı gənc göndərildi.

Heydər Əliyev islahatçı, yenilikçi, daim yeniliklər axtaran və onu tətbiq edən güclü dövlət xadimi idi. Hər iki cəmiyyətdə Azərbaycanı böhrana düşdüyü vəziyyətdə qəbul edən Ulu öndər böyük zəka və idarəçilik məharəti ilə Azərbaycanı xilas etmiş və irəliyə doğru aparmış, böyük siyasi və sosial-iqtisadi uğurlara nail oldu.

Vaqif Abdullayev, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü
Xəbəri paylaş