Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar sarı zolaqlar çəkilir



Newscenter.az.8.07.2019. Paytaxtımızda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində “Sarı zolaq” tətbiq ediləcək. Məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir.

Newscenter.az-a Bakı Nəqliyyat Agentliyindən daxil olan məlumata görə, ilk “Sarı zolağın” çəkilişinə iyulun 8-i axşam saatlarında Ziya Bünyadov prospektində başlanılacaq. Zolaqların çəkilişi ilə əlaqədar müvafiq nişanlanma işləri aparılacaq və yol nişanları qoyulacaq.

Sürücülərə tövsiyə edirik ki, müəyyən olunan müddətdə sarı zolağın tələbin əməl etsinlər. Əvvəlki illərin təcrübəsinə əsaslanaraq ümid edirik ki, Avropa və İslam Həmrəyliyi Oyunlarında olduğu kimi bu dəfə də hərəkət iştirakçıları qoyulan qaydalara anlayışla yanaşıb nəzərdə tutulan nəqliyyat tədbirlərinin vaxtında və uğurla reallaşmasına dəstək olacaqlar.
Anar
Xəbəri paylaş