Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Media nümayəndələri arasında turnir keçirilir



Newscenter.az.8.07.2019.
“Azfar Group”un təşkilati dəstəyi, 4 çarx Təkər Mərkəzinin təşkilatçılığı, “Mammedoff Group”un baş sposorluğu, İrşad Elektroniksin sposorluğu ilə Jurnalistləri arasında mini-futbol üzrə “I Əkinçi Kuboku” turniri ilk mərhələsinin oyunları keçirilib. “OLAYLAR” xəbər verir ki, ötən gün ilk turun 4 oyun baş tutub. Turnir iki oyunla start götürüb. “İnternasional” – “Zborpress” və “İki Sahil” – “TreMiDaAz” ilə üz-üzə gəlib.

Digər 2 qarşılaşma isə saat 11:00-da başlayıb. “Yeni Müsavat” – “REAL TV”, “İTV” – “APA” ilə münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, kubokun iki oyunu isə 9 iyulda keçiriləcək. “Bakı 2019” – “ ARB TV” və “Idman Azərbaycan tv” - “Xəzər” oyunlar “Azfar Group”un stadionlarında keçiləcək. Diqqətinizə çatdıraq ki, oyunları AFFA-nın təyin etdiyi referləri idarə edir.
Xəbəri paylaş