Impera

XƏBƏR LENTİ
21:57Van Damm Azərbaycana niyə təşəkkür etdi?20:29Şəki və Qaxın yararsız ərazilərində fındıq bağları salınır19:32Pambıq qəbulu məntəqələrinə 288 min tona yaxın məhsul təhvil verilib18:27Birinci vitse-prezident Mehriban xanım Əliyeva Rusiyada rəsmi səfərdədir18:17Prezident bu şəxsləri tıltif etdi-SİYAHI17:30Nazirin vətəndaşları qəbul vaxtı dəyişdi17:00Azərbaycanın Ukraynadakı səfiri nəsimişünas Pavlo Movçanı ziyarət edib16:37Azərbaycanın İqtisadiyyat naziri MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib15:56Prezident bu rayona 6 milyon manat ayırdı15:45Sahibkarlar öz təcrübələrini bölüşüb15:18İqtisadiyyat nazirinin müavini Göyçayda vətəndaşları qəbul edəcək15:07Vətəndaşların 77.5 faizinin ölkə prezidentinə inam və etimadı yüksəkdir-VIDEO15:00AQTA əməkdaşları həbs edilib?14:55Energetika naziri Pərviz Şahbazov ABŞ-a səfər edib14:45Mehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcək14:33Qubanın altı kəndinə qaz verilib14:19Şagirdlər yaşadıqları ərazini araşdıracaq14:07Saleh Məmmədov vətəndaşları qəbul edib13:50Prezident iki rayona yeni icra başçıları təyin etdi13:39Sabah sulu qar, qar yağacaq, güclü külək əsəcək13:25Dövlət Toxum Fondunun tabeliyində olan zavodlarda 5000 ton toxum emal olunub13:12Balakəndə narkotacir saxlanılıb13:00Ramil Usubov Moskvada Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edib12:48Uşaq hüquqları sahəsində innovativ proqramlar reallaşdırılacaq12:358-ci km bazarında mənşəyi məlum olmayan ət aşkarlandı12:15Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində işçi görüşləri keçirilib11:43“Azərsu” rəhbərliyi vətəndaşları qəbul edib11:30Təhsil müəssisələrində yeni müsabiqə keçiriləcək11:15“XXI əsr: ailə, qadın və uşaqlarla əlaqəli psixoloji problemlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək11:09Yeni Azərbaycan Partiyasının tarixi kimi bu günü də parlaq və qürurvericidir10:56Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüşüb10:34Almaniyada saxlanılan mühacir azərbaycanlılarla bağlı qərar açıqlandı-ŞOK DETALLAR10:05İsmayıllı rayonunda uzunluğu 15 km olan 2 yol layihəsinin icrası yekunlaşıb09:55SOCAR və Equinor “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşırlar09:20Atəşkəs rejimi 23 dəfə pozulub09:00CNG sistemləri üçün yeni qaz xətti çəkilib08:37Azərbaycan həqiqətləri dünyaya daha yaxından nümayiş etdirildi08:20Nizami rayonunda qazanxananın qazla daimi təchizatı həll edilir08:00Qarakənd faciəsindən 28 il ötür19:12Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib18:43Gündüz İsmayılov: “Azərbaycan xalqı hər zaman tolerantlığı ilə seçilib”18:26Rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib18:01Komitə sədri vətəndaşları qəbul edib17:44Son iki ildə ölkədən tranzit keçməklə Avropaya aparılan 2 tona yaxın narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb17:30Azərbaycan şərabları Beynəlxalq Şərab Sərgisində nümayiş etdiriləcək17:20Dövlət Gömrük Komitəsinin sədri BP şirkətinin nümayəndə heyəti ilə görüşüb17:10Qida məhsullarında antibiotik təhlükəsi16:48Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ16:40Prezident Avtomobil Yolları Dövlət Agentliyinə 5 milyon manat ayırdı16:31Zaqatalada “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə olunub16:15Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib16:09Novruz Məmmədov yeni vəzifəyə təyin olunub15:55Bakı-Şamaxı-Yevlax avtomobil yolunda çat yaranıb15:45Paytaxt məktəbliləri beynəlxalq yarışlardan qalibiyyətlə qayıdıblar15:30Quşçuluqda innovativ yanaşma mövzusunda elmi-praktik seminar keçirilib15:13Qətərin Ermənistan sevgisi nədən irəli gəlir?15:05Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri aparılır14:49Miqrasiya Könüllüsü İctimai Birliyi ilə Azərbaycan Tibb Universiteti arasında anlaşma memorandumu imzalanıb14:37Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub14:20Azərbaycanda 3 milyon dolları təyinatı üzrə istifadə etməyən vəzifəli şəxs ifşa edilib13:50Prezident sakinlərlə söhbət edib, onlarla selfi çəkdirib13:35Həbsdən çıxan müxalifətçi özü mindən artıq Azərbaycan məhkəməsinin qərarlarını pozub13:16Sabah hava yağışlı olacaq12:54Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri işdən çıxarılıb12:47Kənd Təsərrüfatı Nazirliyində struktur dəyişikliyi olub12:39“Dayanıqlı inkişaf məqsədləri (DİM) və Biznes mühiti” mövzusunda konfrans keçiriləcək12:19Azərbaycan tədricən köhnə kartof idxal etməyəcək12:16Bakı birinciliyi uğrunda mübarizə davam edir11:50Fiziki tərbiyə müəllimləri üçün təlimlər keçirilir11:40Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib11:36Prezident “28 May” stansiyasının qarşısında sakinlərlə görüşdü11:25Hövsan qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq11:13Bakıda evlərdən oğurluq edən qadın saxlanılıb11:00Kənd Təsərrüfatı Nazirliyi Göygöldə heyvandarlıq kompleksinin tikintisinə 13 milyon manat xərcləyəcək10:43Eyni mənzildən 3 dəfə oğurluq edildi10:31“Məktəb seminarları” başa çatıb10:11Şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədi ilə monitorinqlərə başlanılıb09:34Türkiyə mətbuatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən yazdı09:10Düşmən snayperlərdən mövqelərimizi atəşə tutub23:15Bakı-Sabunçu istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılacaq23:02İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb22:29Azərbaycan-Rusiya Regionlararası forumu keçiriləcək19:30Sumqayıt səmasında uçan helikopterlərdən sakinlər üçün dəvətnamə atılıb-VIDEO18:31Bu həftə 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək17:20Tovuzda “Müasir tolerantlıq-Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib16:50Prezident İlham Əliyev: "Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir"16:36Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə olunub16:20Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib15:58Metropolitençilər üçün turizm zonasına tur təşkil edilib15:48Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb15:40Tofiq Yaqublu azadlığa çıxıb15:03Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Harvard Universitetinin rəsmi saytında məqaləsi dərc edilib14:45Təhsil naziri Yevlaxda vətəndaşları qəbul edəcək14:22Abşeronda evdən 53 500 manatlıq oğurluq edilib13:55Azərbaycan voleybolunun veteranı və ilk voleybol meneceri13:43AFAQ layihəsi çərçivəsində regionlarda qadın fermerlərlə görüşlər keçirilir13:31Sabah hava necə olacaq?13:18Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb13:01Müsavat Partiyasını alverçilərdən təmizləmək lazımdır12:52“Azərenerji” gənc və perspektivli kadrların yolunu açır
BÜTÜN XƏBƏRLƏR
Kasım 2019 (415)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)

«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Moskvada ermənicə “dəli yığıncağı” - Krımı Ermənistana necə birləşdirdilər...

08 İyul 2019, 12:40   
Moskvada ermənicə “dəli yığıncağı” - Krımı Ermənistana necə birləşdirdilər...


Newscenter.az.8.07.2019
. Ermənilərin torpaqlarımızı, maddi-mədəniyyət abidələrimizi, mətbəximizi, musiqimizi oğurlamaları yenilik deyil. Ancaq lobbiçilikdə oğurluqdan daha artıq ustalaşmış qonşularımızın bizi diaspor işində yamsılamaları sözün açığı, gözlənilməz oldu.

Bir neç gün öncə Rusiya Erməniləri İttifaqı Moskvada – "Prezident Hotel"də təşkilatın yaradılmasının 20 illiyi ilə bağlı toplantı keçirib. Yığıncağa İttifaqın üzvləri, regionlardakı diaspor qurumlarının təmsilçiləri ilə yanaşı, Rusiya Dövlət Dumasının deputatları, fərqli millətlərdən olan ictimai fəallar dəvət edilib.

Yada salaq ki, aprelin 27-də həmin zalda iş dünyasının tanınan ismi Fizuli Məmmədovun təşkilatçılığı ilə Rusiya Azərbaycanlıları İttifaqı yaradılıb və həmin tədbirə də yerli diaspor qurumlarının üzvləri ilə yanaşı, Rusiya siyasiləri, ictimai fəallar qatılıb.

Ermənilər azərbaycanlıları yamsılamaq işinə o qədər aludə olublar ki, Rusiya Erməniləri İttifqının prezidenti, milyarder Ara Abramyan özünə aprelin 27-də Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədovun dəyirmi masada əyləşdiyi kürsüdə yer seçib. Fikir adamlarından birinin “erməni millət deyil, xəstəlikdir” deyimi necə də dəqiq fikirdir...

Ermənilər Rusiya Azərbaycanlıları İttifaqının yaradılması təşəbbüsü gündəmə gələndən tədirginləşmişdirlər. Bu haqda informasiya yayılandan sonra Rusiya və dünya erməniləri hərəkətə keçərək saxta iddialar və milli psixoloji dəngəsizliklərinə uyğun çıxışlarla sosial şəbəkələrdə boy göstərməyə başlamışdılar. Rusiyada azərbaycanlıların geniş spektrinin təmsil olunduğu yeni, birləşdirici diaspor qurumunun yaradılması erməniləri o qədər rahatsız etmişdi ki, Azərbaycandakı milli azlıqlar arasından separatçı düşüncəli şəxslər axtarır, onların vasitəsiə azərbaycanlıların birlik ideyasına qarşı təxribatlar törətmək istəyirdilər.

Hələlik alınmır... Rusiya Azərbaycanlıları İttifaqının dayaqları sağlam, atdığı addımlar qanun çərçivəsində olduğu üçün ermənilərin bütün cəhdləri boşa çıxır. Yeri gəlmişkən, Rusiyada Azərbaycana qarşı separatçı hərəkətlərə meyllənənlərə də sıra çatacaq – onlar da arxayın olsunlar, ermənilər də...

Haqqında danışdığımız məsələdə ermənilərin haqlı olduğu yeganə məqam Rusiyada güclü Azərbaycan diasporunun yaradılmasından ciddi narahatlıq keçirmələridir. Rəsmi və qeyri-rəsmi statistikaya görə, Rusiya Federasiyasında 2,5-3 milyon azərbaycanlı yaşayır. Aşağı-yuxarı Ermənistanın əhalisi qədər... Üstəlik, Rusiyanın iş dünyasında azərbaycanlıların çox ciddi çəkisi var. Ara Abramyan və erməni diasporuna dəstək verən bir neçə milyarderin iqtisadi özəllikləri Rusiyadakı azərbaycanlı zənginlərin iqtisadi gücünün qarşısında xeyli zəifdir. Həyatları boyu milli davaya maddi dəstək verməyi özlərinə borc bilən ermənilər çox olsa da, onların sayı Rusiyadakı azərbaycanlıların sayının dörddə biri qədər deyil. Azərbaycanlılar ortaya ciddi birlik modeli qoya bilsələr, erməni diasporu say və maddi imkanlar baxımından olsa-olsa Rusiyanı hansısa vilayətindəki Azərbaycan diasporu ilə rəqabət apara bilər.

Bu mənada REİ-nin 20 illik yubiley tədbirini Rusiyanın Prezident Administrasiyasına bağlı “President Hotel”də keçirməsi azərbaycanlılara ayaq uydurmaq görüntüsü üçündür. “Qonşudan qalma dala” ifadəsinin ermənicə necə səsləndiyindən xəbərsizəm, ancaq necə göründüyünə artıq toplantıdakı kadrlardan bələdəm.

Toplantının gedişindən də aydın olur ki, yuxarıda söz açdığımız say məsələsinə ermənilər son dərəcə həssasslıqla yanaşırlar. Çıxışların demək olar ki, hamısında “Rusiyadakı milyonlarla erməni” tarixi vətən Ermənistan uğrunda birliyə çağırılır. “Milyonlarla erməni” ??? Qafqazın 4 milyonluq xırda xaqlının kənarda yaşayan hissəsi üçün “milyonlarla erməni” çox şişirdilmiş deyim olmadı ki? Düşmən olmasalar, gülərdim...

Rusiya ermənilərinin çıxışlarında bir məqam da diqqəti çəkir. Ara Abramyandan federasiya subyektlərindəki erməni diasporularını, elm, iş dünyasını təmsil edənlərə qədər hər kəsin ritorikasında Kremlə İrəvan arasındakı sərinlikdən narahatlıq hiss edilir. Açıq-aydın görünür ki, baş nazir Nikol Paşinyanın Ermənistanı Rusiyanın əyaləti statusundan çıxarmaq cəhdləri Rusiya erməniləri arasında parçalanma yaradıb. Bu səbəbdən də natiqlərin çoxu Rusiyanın Ermənistanın dövlət kimi inkişafında rolunu dönə-dönə vurğulayır, ölkələr arasında isti münasibətləri erməni istiqbalının açarı kimi təqdim edirlər.

Toplantıda erməni məkrinin kulminasiyası Rusiya Federasiyası Prezidentinin Krımdakı daimi nümayəndəsi Georgi Muradyanın dilindən səslənir. O, Krımı “Ermənistana yad olmayan torpaq”, “tarix boyu Qaradaniz Ermənistanı adlanan ərazi” kimi təqdim edir, daha sonra “yanlışlıqla” Krımın Ermənistana birləşdiyini deyir... “Dəli yığıncağı”ndakılar onun xəstə təxəyyülünün məhsulunu alqışlarla qarşılayanda o, “daha dəqiqi, Rusiyaya... Amma Krımın Ermənistana birləşdiyini təsadüfən demədim, indi Freyd nəzəriyyəsinə görə sizə niyəsini izah edəcəm” sözləri ilə erməni həyasızlığının heç bir sərhəd, heç bir hüquq çərçivəsi tanımadığını bir daha sübut edir: “Statistikadan öyrəndim ki, Krım əhalisinin 96 faizi referendumda Rusiyaya birləşməyin lehinə səs verib. Ermənilərin isə 99 faizi bunun tərəfdarı olub. Mən maraqlandım ki, görəsən, həmin 1 faiz kimdir və o, niyə əleyhinə səs verib? O 1 faizi tapdım, soruşdum ki, sən doğrudan da Krımın Bender Ukraynasında qalmasını istəyirsən? Cavab verdi ki, yox, mən Krımın Ermənistana birləşməsini istəyirəm”. Gülüşmə... alqışlar... “Dəli yığıncağı” ifadəsini təsadüfən seçmədim.

Demək, Krım artıq “dənizdən-dənizə Ermənistan” iddialarının predmeti kimi gündəmə gətirilir. Moskva Krımı işğal etdiyi üçün bu gün dünya ilə üz-üzədir. İqtisadi zərbələrdən hələ də özünə gəlməyən Kremlin hər zaman başını sığalladığı erməniləri diapor toplantısındakı “dəcəlliyə” görə cəzalandıracağı az ehtimal olunur. Ancaq Moskvada bu “zarafatları” dəftərin kənarana yazanlar mütləq var.

Toplantıda Qarabağla bağlı səsləndirilən ifadələr isə Rusiyanın münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk Qrupu həmsədri kimi fəaliyyətini şübhə altına qoyur. Bu haqda danışan ermənilər problemin dinc yolla nizamlanmasının heç bir müsbət irəliləyişə səbəb olmadığını deyir, Xankəndi tərəf kimi tanınana qədər real nəticə əldə edilməyəcəyini bildirirlər.

Yığıncağın növbəti nonsensi Don kazakı, Dövlət Dumasını üzvü Viktor Vodolatskinin çıxışı zamanı yaşanıb. Seçildiyi dairə haqqında danışarkən “Naxçıvan qəsəbəsindən olan erməni seçicilərim” ifadəsini işlədən kazak tarixdə mərdlikləri ilə seçilən millətinin 21-ci yüzildə erməni hiyləsinə uyaraq necə rəzil bir duruma düşdüyünü ortaya qoyub.

Eyni məkanda azərbaycanlıların və ermənilərin keçirdikləri toplantılardan birinin canlı, digərinin virtual şahidi kimi yazdıqlarım deyəcəklərimin hamısı deyil. Bizim arzuolunmaz qonşularımızla davamız uzun, bəlkə də əbədi olacaq. Bu yolda, bu mübarizədə bizim yalnız bir silahımız var – birlik.

Ermənilərin Moskvada azərbaycanlıları bu cür eybəcər təqdlidi bir daha göstərir ki, Rusiyada güclü Azərbaycan diasporu günün, çağın, dönəmin zərurətidir. Biz bu imperiya nökərlərinin Azərbaycana, bütünlükdə türk dünyasına qarşı cəhdlərini güclü təşkilat, sarsılmaz iradə ilə dəf edə bilərik.

Dövlətdəki də, qürbətdəki də bunun fərqində olmalıdır.

Aygün Muradxanlı
Musavat.com

OXŞAR MÖVZULAR