Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Masallıda ağır yol qəzası, 8 nəfər həlak olub



Newscenter.az.9.07.2019. Masallı rayonunda yük maşını ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub.

“Report”un Cənub Mərkəzi xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb.

Ölənlərdən 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidir.

Bir nəfər müxtəlif dərəcəli xəsarətlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisə zamanı xəsarət alan qadının 24 yaşı var. O, hazırda reanimasiyadadır.

Bildirilir ki, qəzaya düşənlər iki ailənin üzvləridir və toya gedirlərmiş.

XXX

Qəza zamanı həlak olanlar Lerik rayon sakini 1998-ci il təvəllüdlü Tağıyev Rəşad Atalı oğlu, Lerik rayonu Kəlbəz kənd sakini 2016-ci il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlu, 1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu, 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu, 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğlu, 2002-ci il təvəllüdlü Tağıyev Əlizahid Atalı oğludur.

Qəza nəticəsində daha bir nəfərin yaralandığı məlum olub. O, 1985-ci il təvəllüdlü Rzayeva Ruhiyyə Əkbər qızıdır.

Ölən digər iki nəfərin şəxsiyyəti dəqiqləşdirilir.
Xəbəri paylaş