Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahələrdən 2 milyon 884 min 866 ton taxıl yığılıb



Newscenter.az.9.07.2019. Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub. Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, iyulun 9-dək ölkə üzrə taxıl sahələrinin 89,7 faizində biçin başa çatıb. Bugünədək 910692 hektar biçilmiş sahədən 2884866 ton taxıl yığılıb. Məhsuldarlıq orta hesabla hər hektara 31,6 sentner təşkil edir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 170 min hektar artıq biçin aparılıb. Hazırda biçin prosesində cəmi 778 kombayn iştirak edir. Biçinin optimal müddətdə tam yekinlaşacağı gözlənilir.
Orxan
Xəbəri paylaş