Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sükan arxasında siqaret çəkən 47 nəfər avtobus sürücüsü barəsində tənbeh tədbiri görülüb



Newscenter.az.9.07.2019. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı həyata keçirilən layihə uğurla davam edir.

Newscenter.az-a Bakı Nəqliyyat Agentliyindən daxil olan məlumata görə, layihənin icra edildiyi 2-ci rübün sonunda sərnişinlər tərəfindən avtobus sürücülərinin sükan arxasında tütün məmulatından istifadə etməsi ilə bağlı ümumilikdə 89 müraciət daxil olub. Bu müraciətlər əsasında müxtəlif müntəzəm marşrut xətlərində çalışan 47 nəfər avtobus sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbiri görülüb. Eyni zamanda, rüb ərzində müvafiq inzibati xəta barəsində daha çox məlumat verən, tütün məmulatlarından istifadəyə qarşı mübarizə tədbirlərində Bakı Nəqliyyat Agentliyinə dəstək olan bir neçə sərnişin isə mükafatlandırılıb.

Məlumat üçün bildiririk ki, tütündən istifadə edən avtobus sürücülərinə qarşı mübarizədə sərnişinlərin birbaşa iştirakına şərait yaradan və "Yol Həyatdır" proqramı çərçivəsində həyata keçirilən kampaniyanın artıq müsbət nəticələri hiss edilir. Belə ki, aparılan monitorinqlər zamanı müntəzəm marşrut xətləri üzrə avtobus sürücülərinin tütün məmulatından istifadə hallarında azalma müşahidə edilir.

Bu sahədə daha müsbət nəticələr əldə olunması üçün sərnişinləri fəallıq nümayiş etdirməyə dəvət edirik.
Xəbəri paylaş