Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA tərəfindən Şəki-Zaqatala bölgəsində monitorinqlər keçirilib



Newscenter.az.10.07.2019
. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Şəki-Zaqatala bölgəsinin fərdi toxumçuluq fəaliyyəti ilə məşğul olan təsərrüfatlarının taxıl anbarlarında fumiqasiya (zərərsizləşdirmə) tədbirlərinə nəzarəti həyata keçirimək məqsədilə monitorinqlər aparılıb.

Agentlikdən Newscenter.az-a bildirilib ki, monitorinq zamanı fumiqasiya olunmuş anbarlarda təhlükəsizlik qaydalarına əməl edilməsi və fumiqasiyanın əhəmiyyəti barədə fermerlərə məlumat verilib.

Baxış keçirilən anbarlarda vəziyyətin qənaətbəxş olduğu müəyyən edilib. Zərərvericilərə qarşı bütün lazımi tədbirlərin görüldüyü və sahibkarların da öz növbəsində fumiqasiya tədbirlərini vaxtında apardıqları müşahidə olunub.

Monitorinqlərin keçirilməsində əsas məqsəd anbarlarda fitosanitar vəziyyətin qiymətləndirilməsidir. Belə ki, təkcə taxıl anbarlarda saxlandığı müddətdə zərərvericilər və mikroorqanizmlər tərəfindən 5-20%-ə qədər zədələnməyə məruz qalır. Odur ki, istehsal olunan toxumun sağlam və keyfiyyətli saxlanılması üçün anbarlar təmizlənməli və fumiqasiya olunmalıdır.
Orxan
Xəbəri paylaş