Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəkidə mikroavtobus aşıb



Newscenter.az.10.07.2019. Şəki rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki-Bakı xətti üzrə hərəkət edən mikroavtobus yoldan çıxaraq aşıb. Xəsarət alanların olduğu bildirilir. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş