Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Olimpiya Komitələrinin Assosiyasiyası Dünya Çimərlik Oyunlarına hazırlaşır



Newscenter.az,10.07.2019. Qatarın Doha şəhərində MOKA Dünya Çimərlik Oyunlarına ölkələrin nüməyəndə heyətinin rəhbərlərinin seminarı keçirilir. Newscenter.az-a MOK-dan bildirilib ki tədbirdə bu oyunlarda Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin rəhbəri və Azərbaycanı Milli Olimpiya Komitəsinin idman idarəsinin rəisi Həsənağa Rzayev iştirak edir.

Seminar 8-11iyul tarixlərini əhatə edir və tədbir çərçivəsində işritakçı MOK-ların nümayəndələri üçün yaşayış, nəqliyyat, akkreditasiya, qidalanma, yarış obyektlərinin hazırlığı, yarış cədvəli və digər mövzular üzrə məlumat veriləcəkdir. Seminar iştirakçıların tarış obyektlərinə ziyarəti ilə yekun vurulacaqdır.

Xatırladaq ki, Milli Olimpiya Komitələrinin Assosiyasiyasının Dünya Çimərlik Oyunlarına Azərbaycan hal-hazırda 7 idmançı vəsiqə qazanıb: Kseniia Levkovska və Rostislav Pevtsov (aquatrilon), Pənah İlyaslı, İbrahim Yusubov, Kənan Əliyev və Oyan Nazariani (güləş), Roman Heydərov (karate kata).
Xəbəri paylaş