Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahələrdən 3 milyon tona yaxın taxıl yığılıb



Newscenter.az.10.07.2019. Azərbaycanda taxıl biçini yekunlaşmaq üzrədir.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, iyulun 10-dək ölkə üzrə taxıl sahələrinin 91,4 faizində biçin başa çatıb. Ümumilikdə biçin aparılmış 927888 hektar sahədən 2935801,8 ton taxıl yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 31,6 sentner təşkil edir.

Biçinin optimal müddətdə başa çatdırılması planlaşdırılır.
Xəbəri paylaş