Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərsu” rəhbərliyi vətəndaşları qəbul edəcək



Newscenter.az.12.07.2019
. Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 19 iyul 2019-cu il tarixində Şəki şəhərində Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən Newscenter.az”-a bildirilib ki, 22 iyul 2019-cu il tarixində “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Zaqatala şəhərində Zaqatala və Balakən rayonlarından olan sakinlərlə görüşəcək. 23 iyul 2019-cu il tarixində“Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Qəbələ şəhərində Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbullar “ŞəkiSukanal” Törəmə Səhmdar Cəmiyyətinin, Zaqatala və Qəbələ sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə, Qax, Zaqatala, Balakən, Qəbələ və Oğuz sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi, [email protected] elektron poçtu vasitəsilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.
Xəbəri paylaş