Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BNA-dan küləkli hava ilə bağlı xəbərdarlıq



Newscenter.az.12.07.2019. "Hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyyatlı olmağı tövsiyə edirik".

Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı Bakı Nəqliyyat Agentliyi yayıb. BNA sərnişinlərdən xahiş edir ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər.Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.

"Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən surət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər".

Qeyd edək ki, hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.
Anar
Xəbəri paylaş